Orbit — Məxfilik siyasəti

Son yenilənmə: 17 noyabr 2026

Orbit şəxsi mesajlaşma tətbiqidir. Bu səhifə hansı məlumatların toplandığını, harada saxlandığını və necə silinəcəyini izah edir.

Hansı məlumatları saxlayırıq

Yalnız sənin telefonunda qalanlar

Sabitlənmiş söhbətlər, ləqəblər, arxiv, xatırlatmalar, hazır cavablar, şəkil keşi, tətbiq PIN-i və bir çox ayarlar yalnız cihazında saxlanılır, serverə göndərilmir.

Məlumatı kim işləyir

Server Render-də, verilənlər bazası Neon-da işləyir. Bu təminatçılar infrastruktur səviyyəsində məlumatlara daxil ola bilər və öz şərtləri tətbiq olunur. Push bildirişləri üçün Google Firebase, GIF üçün Giphy istifadə olunur.

Saxlama müddəti və silmə

Süni intellekt xülasəsi (isteğe bağlı)

"Oxunmamışın xülasəsi" yalnız sən düyməyə toxunanda işləyir. Server operatoru süni intellekt xidməti qoşubsa, həmin söhbətin oxunmamış mesajlarının mətni (şəkil və səs olmadan, ən çox 150 mesaj) xülasə üçün həmin xidmətə göndərilir və Orbit-də saxlanmır. Qoşulmayıbsa, mesajlar serverdən çıxmır və sadə say xülasəsi verilir.

Link önizləmə

Mesajdakı linkin başlığı üçün Orbit serveri o səhifəni sənin əvəzinə açır. Bunu Parametrlər → Söhbətlər-dən söndürə bilərsən.

Anonim iltifat

Anonim iltifatı alan şəxs göndərəni görmür. Sui-istifadə şikayətlərini araşdırmaq üçün server göndərənin identifikatorunu iltifatla birlikdə saxlayır və yalnız admin görə bilər; alıcı iltifatı silərsə o da silinir.

Birlikdə izlə və musiqi statusu

"Birlikdə izlə/dinlə"-də yazdığın https linki söhbət tərəfdaşının telefonu da özü açır (həmin sayta qoşulur). "Şu an dinləyirəm" açıqdırsa, çalan mahnının adı 10 dəqiqəlik serverdə saxlanır və yalnız söhbət etdiyin insanlara görünür; mahnının adını özün yazırsan; Orbit bildirişlərə və digər tətbiqlərə girmir (avtomatik oxuma yoxdur).

Uşaqlar

Orbit 16 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb. Belə hesab aşkar edilsə silinə bilər.

Hüquqların

Məlumatlarının silinməsini tətbiqdən özün edə bilərsən. Giriş, düzəliş və digər sorğular üçün: [email protected].

Elan və yenilik bildirişləri (istəyə bağlı)

Qeydiyyat zamanı "Orbit-in inkişafı, yenilikləri və elanları barədə bildiriş almağa razıyam" qutusunu istəyə görə işarələyə bilərsən; qutu əvvəlcədən işarələnmir və razılıq vermədən də tətbiqdən tam istifadə edə bilərsən. Razılığın (bəli/xeyr) və verildiyi vaxt hesabında saxlanır, ayarlardan istənilən an geri götürə bilərsən. Razılıq verməyənlərə belə elanlar göndərilmir. Giriş kodu və təhlükəsizlik bildirişləri bu razılıqdan asılı deyil və xidmətin işləməsi üçün göndərilir.

Dəyişikliklər

Siyasət dəyişərsə, bu səhifə yenilənir və tarix göstərilir. Əhəmiyyətli dəyişiklikdə tətbiq razılığı yenidən soruşa bilər.